Tərtərdə minik maşını sərnişin avtobusu ilə toqquşub - VİDEO

Tərtərdə minik maşını sərnişin avtobusu ilə toqquşub - <span style="color: red;">VİDEO
# 19 yanvar 2014 16:15 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Tərtər rayonunun Sarıcalı kəndində baş verib.

Şahidlərin sözlərinə görə, 10 LZ 711 nömrə nişanlı, “VAZ-2107” markalı minik maşını yanacaqdoldurma məntəqəsinə dönərkən qarşıdan gələn 10 TG 637 nömrə nişanlı avtobusla toqquşub.

Tamamilə yararsız vəziyyətə düşən “VAZ-2107”-nin sürücüsü Mobil Dadaşov ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

MRX-nın həkimi Nazim Səfərovun sözlərinə görə, vəziyyəti orta ağırdır.

Avtobusun sürücüsü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR