İranda 80 siyasi məhbus əfv edilib

İranda 80 siyasi məhbus əfv edilib
# 23 sentyabr 2013 14:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 80 siyasi məhbus əfv edilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü, ölkənin baş prokuroru Qulamhüseyn Möhsün Ejei açıqlama verib.

Onun sözlərinə görə, bu şəxslər ölkədə 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkilərindən sonra həbs edilərək müxtəlif cəzalar almış adamlardır. Q.Ejei deyib ki, qərar İranın ali dini lideri, ayətullah Əli Xamneyi tərəfindən də təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR