“Bank Technique” müştərisinə “Volkswagen Polo” qazandırıb - FOTO

“Bank Technique” müştərisinə “Volkswagen Polo” qazandırıb - <span style="color: red;">FOTO
# 15 aprel 2014 13:38 (UTC +04:00)

APA-Economics”in məlumatına göə, 5 nəfərdən ibarət komissiyanın nəzarəti altında oynanılan lotereya, lotonun vasitəsilə, kuponlar arasında təsadüfi seçim metodu ilə keçirilib. Yeni Baş ofisinin müştərilər üçün nəzərdə tutulmuş birinci mərtəbəsində oyunun gedişatını bankın müştəriləri və KİV nümayəndələri izləyib. Qalibin adı yazılmış kuponu lototrondan Tiraj Komissiyasının sədri Emin Əfəndi çıxarıb.

Lotereyanın qalibi bankın baş ofisi filialının müştərisi Nağıyeva Aysel İlham qızı olub. O, “Şans” depozitinə 8 000 manat pul yatıraraq, lotereyada iştirak hüququnu qazanan 1 lotereya əldə edib və bu lotereya ona “Volkswagen Polo” avtomobilini qazandırıb.

Xatırladaq edək ki, şərtlərə əsasən, “Şans” depozitinə 8 000 manat və ya 10 000 ABŞ dolları vəsait yatıran hər bir əmanətçiyə lotereyada iştirak hüququ verən 1 kupon təqdim olunurdu. Depozitin müddəti – 12 ay, illik faiz dərəcəsi – 8%-dir.

Qeyd edək ki, 1944-cü ildən Azərbaycanın maliyyə bazarında fəaliyyətə başlayan “Bank Technique” ASC 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektr bank və maliyyə xidmətləri göstərir. Hazırda “Bank Technique”in 32 filial və 16 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR