Dow Jones indeksi 0,4%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib
# 17 yanvar 2014 06:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 16 417 bəndədək, S&P 500 0,1% - 1 846 bəndədək enib, Nasdaq 0,1% - 4 219 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında yanvarın 16-da FTSE 100 indeksi 0,1% - 6 816 bəndədək, Almaniya DAX-ı 0,3% - 9 710 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 4 316 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 241,10 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3614 dollar (-0,04%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR