Azərbaycanın xarici işlər naziri İrana gedir

Azərbaycanın xarici işlər naziri İrana gedir
# 25 noyabr 2013 13:12 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının Tehranda keçiriləcək növbəti 21-ci iclasında iştirak etməkdir.

İclas zamanı gündəliyə uyğun olaraq, bir sıra məsələlərin müzakirəsi, o cümlədən təşkilat çərçivəsində ölkələr arasında əməkdaşlıq və təşkilatın inkişafı kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, builki iclasda İƏT Nazirlər Şurasına sədrlik Azərbaycandan İrana keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR