Ermənilər cəbhə boyu atəşkəsi pozub

Ermənilər cəbhə boyu atəşkəsi pozub
# 12 mart 2014 06:56 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərindən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Ayqepar və Ayqedzor kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.


Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Cəvahirli, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR