Azərbaycanda daha bir əsgər silahla özünü yaralayıb

Azərbaycanda daha bir əsgər silahla özünü yaralayıb
# 23 yanvar 2014 07:36 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb.

Alayın əsgəri Vasif Şamil oğlu Süleymanov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya faktla bağlı araşdırma aparıldığını bildirib.

Qeyd edək ki, V. Süleymanov Tərtər rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR