Xaçmaz şəhəri də «Sazz 4G»nin əhatə dairəsinə daxil olub

Xaçmaz şəhəri də «Sazz 4G»nin əhatə dairəsinə daxil olub
# 27 noyabr 2013 12:59 (UTC +04:00)

Bakı – APA-Economics. «Sazz 4G» simsiz internet provayderi Xaçmaz şəhərini öz əhatə dairəsinə daxil edib. Xaçmaz şəhərindəki «Sazz» Müştəri Xidmətləri abunəçilərə Nəriman Nərimanov prospektində, (köhnə muzey binasının yaxınlığında) xidmət göstərəcək.

«APA-Economics»in məlumatına görə, «Sazz 4G» internetin «Standart» tarif paketi abunəçilərə eyni modemlə əhatə dairəsinin istənilən nöqtəsində internetə qoşulmaq imkanı yaradır. «Sazz İnternet»ə qoşulmaq istəyən hər bir abunəçiyə internetin keyfiyyətini yoxlamaq üçün 5 günlük sınaq müddəti təqdim olunur.

Qeyd edək ki, qısa vaxt ərzində «Sazz 4G» internet provayderi Zaqatala, Balakən, Qax və Qusar şəhər sakinlərini də genişzolaqlı simsiz internetlə təmin edib.

«Sazz 4G» internet xidmətinin əhatə dairəsinə hazırda Bakı və Abşeron, Gəncə, Sumqayıt, Mingəçevir, Balakən, Zaqatala, Qax, Qusar və Xırdalan şəhərləri daxildir. Yaxın günlərdə «Sazz 4G»nin əhatə dairəsinə Quba şəhərinin daxil olunması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR