İzmirdə Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO

İzmirdə Novruz bayramı ilə bağlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 24 mart 2014 13:42 (UTC +04:00)

Bakı-APA. Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Novruz bayramı münasibətilə əyləncəli gecə təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram şənliyində vaxtilə Azərbaycanın müxtəlif bölgələrindən köçüb getmiş və hazırda İzmirdə yaşayan soydaşlarımız, bu şəhərdə çalışan iş adamları, yerli ictimaiyyətin təmsilçiləri iştirak edib.

Bayram şənliyində Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin rəhbəri Cəvahir Damar çıxış edərək Novruz bayramının tarixi, adətləri, həyatımızdakı rolu haqqında danışıb, daha sonra bütün qonaqları təbrik edib və bu bayram sevincini paylaşdıqları üçün onlara təşəkkür edib.

Tədbirdə iştirak edən İzmir Konak Bələdiyyəsinin sədri Hakan Tartan da qonaqların Novruz bayramını təbrik edib.

Qeyd edək ki, Hakan Tartan Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinə xüsusi dəstəyi ilə seçilir.

İzmir Dövlət Opera və Balet Teatrının əməkdaşı Nazilə Atayeva isə öz yetirmələri ilə birgə pianoda səsləndirdiyi gözəl Azərbaycan musiqiləri ilə Mərkəzin üzvləri Arzu Abbasova, Fidan Çelik, Bedia Fidanboy, Şəfəq Alqaner, Dəniz Damar və digər xanımlar hazırladıqları Novruz xonçaları, cücərtdikləri səmənilər, boyadıqları yumurtalarla Novruz süfrəsi bəzəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR