Gürcüstan və İsrail arasında viza rejiminin ləğv olunması barədə qərar qəbul edilib

Gürcüstan və İsrail arasında viza rejiminin ləğv olunması barədə qərar qəbul edilib
# 31 oktyabr 2013 18:19 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA."Gürcüstan və İsrail arasında viza rejimi ləğv edilib". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili İsrailin xarici işlər nazirinin müavini Zeev Elkin ilə görüşündən sonra bildirib. Viza rejimi ilə bağlı jurnalistlərə açıqlama verən Zeev Elkin viza ilə bağlı əsas qərarın qəbul edildiyini və texniki detalların Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili ilə müzakirə olunacağını bildirib.

Gürcüstanın daxili işlər naziri İ.Qaribaşvili Gürcüstan və İsrail arasında viza rejiminin ləğvi qərarını tarixi qərar adlandırıb: “Bu, ölkələrimiz arasında münasibətlərimizin dərinləşdirilməsinə və möhkəmləndirilməsində atılan növbəti addımdır”.

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze də qəbul edilən bu qərara münasibət bildirib: “Viza rejiminin ləğv edilməsi o demək deyil ki, hər bir Gürcüstan vətəndaşı sabah İsrailə gedə bilər. M. Pancikidzenin sözlərinə görə, bu yolda artıq addımlar atılıb və danışıqlara başlanılıb: ”Tezliklə xidməti və diplomatik pasportu olan şəxslər üçün bu razılaşma qüvvəyə minəcək, lakin bu razılaşmanı adi vətəndaşlara şamil etmək üçün danışıqlar hələ bir neçə ay davam edəcək”, deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR