Azərbaycanda neft məhsullarının 73,5%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 26,5%-i isə ixrac olunub

Azərbaycanda neft məhsullarının 73,5%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 26,5%-i isə ixrac olunub
# 18 aprel 2014 10:15 (UTC +04:00)

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, göndərilmiş neft məhsullarının 32,8%-in dizel yanacağı, 19,6%-ni avtomobil benzini, 9,7%-ni aviasiya üçün ağ neft, 5,7%-ni mazut yanacağı, 4,5%-ni neft koksu, 4,0%-ni neft bitumu, 3,3%-ni maye qaz, 2,7%ni nafta, 0,3%-ni sürtkü yağları, 17,4%-ni isə digər məhsullar təşkil edib.

Bu ilin birinci rübündə neft məhsullarının 73,5%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 26,5%-i isə ixrac olunub.

Ölkə istehlakçılarına 1142,3 min ton, yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2% az neft emalı məhsulları göndərilib. Mazut yanacağı (77,6%) və maye qaz (10,5%) istisna olmaqla neft məhsullarının göndərilməsi azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR