Yaponiya Ukraynaya 1,5 milyard dollar, ABŞ isə 1 milyard dollar yardım ayırır

Yaponiya Ukraynaya 1,5 milyard dollar, ABŞ isə 1 milyard dollar yardım ayırır
# 25 mart 2014 09:04 (UTC +04:00)

Bakı - APA. Yaponiya Ukraynaya 1,5 milyard dollar həcmində iqtisadi yardım ayıracaq. APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yaponiya hökumətinin rəsmi nümayəndəsi Yosixide Suqa açıqlayıb. O bildirib ki, hazırda dünya birliyinin ciddi iqtisadi böhran və siyasi xaos yaşayan Ukraynaya yardım etməsi çox vacibdir: “Yaponiyanın baş naziri Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə iqtisadi islahatlar barədə razılığa gəlməsi şərtilə bu ölkəyə 150 milyard ien (1,5 milyard dollar) həcmində iqtisadi yardım ayrılacağını elan edib”.

Y. Suqa yardımın aşağı faizli kredit şəklində veriləcəyini söyləyib.

ABŞ Senatında isə Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalar barədə qanun layihəsi prosedur dinləmədən keçib. Yekun qərar bu həftənin sonunda verilə bilər. Layihədə Ukraynaya 1 milyard dollar kredit təminatı və 150 milyon dollar təcili yardım ayrılması, eləcə də Ukraynada sabitliyin pozulması, korrupsiya və insan haqlarının pozulması hallarına yol vermiş Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR