Yaxın 2 gün ərzində müşahidə olunacaq hava şəraiti məhsul yığımını bir qədər çətinləşdirəcək

Yaxın 2 gün ərzində müşahidə olunacaq hava şəraiti məhsul yığımını bir qədər çətinləşdirəcək
# 07 iyun 2013 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu aqrometeoroloji məlumat açıqlayıb.

ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, iyunun 7-9-da respublikanın dağlıq və dağətəyi rayonlarında gözlənilən yağışlı və küləkli hava şəraiti payızlıq dənli bitkilərin gövdələrinin yerəyatma sahəsini artıracaq və məhsul yığımını bir qədər çətinləşdirəcək. Nisbətən yüksək temperatur rejimi kənd təsərrüfatı bitkilərinin boy atması və inkişafının sürətlənməsini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR