Ermənilər Azərbaycan Ordusunun mövqelərini cəbhənin beş istiqamətində atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini cəbhənin beş istiqamətində atəşə tutublar
# 03 aprel 2014 06:39 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR