Cənubi Koreyada Azərbaycan Kulinariya Festivalı keçirilir - FOTOSESSİYA

Cənubi Koreyada Azərbaycan Kulinariya Festivalı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 17 aprel 2013 08:56 (UTC +04:00)

Bakı – APA. Cənubi Koreyanın paytaxtı Seul şəhərində Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və SEBA-nın (Azərbaycan-Koreya Mədəniyyət Assosiasiyası) dəstəyi ilə Koreya mətbuatı, ictimaiyyət nümayəndələri və digər qonaqların iştirakı ilə Azərbaycan Kulinariya Festivalının açılış mərasimi keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycanın Cənubi Koreyadakı müvəqqəti işlər vəkili R.Teymurov festivalı açıq elan edərək, milli mətbəxin xalqların mədəniyyətini təbliğ etmək üçün ən sadə yollarından biri olduğunu və iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədini daşıdığını söyləyib.

O, dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin Cənubi Koreyada ilk dəfə təqdim olunduğunu və bu hadisənin hər iki ölkənin mədəniyyətlərinin təbliği və təşviqində, eləcə də ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını qeyd edib. Azərbaycan yeməkləri və mətbəxinin ölkəmizin mədəniyyətinin mühüm hissəsi olduğu və dərin tarixə, ənənələrə və dəyərlərə bağlığı barəsində qonaqlara məlumat verilib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının baş aşpazı Anar Qasımov çıxışında Azərbaycan yeməklərinin xüsusiyyətləri haqqında danışıb və festival zamanı Azərbaycan mətbəxinin ən ləziz yeməklərini Koreya vətəndaşlarına təqdim edəcəyini bildirib.

Tədbir çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət əsərlərinin nümunələri nümayiş etdirilib, plov, aş qara, quzu kababı, dana basdırması kimi Azərbaycan mətbəxinin yeməkləri qonaqlara təqdim edilib.

Festival Seul şəhərinin “Millennium Hilton” mehmanxanasında aprelin 30-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR