Noyabrda Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi azalıb

Noyabrda Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi azalıb
# 04 dekabr 2014 08:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin noyabr ayında Bakı Banklararası Valyuta Birjasında (BBVB) xarici valyutalar üzrə elektron ticarətin həcmi 38 589 mln. manat təşkil edib.


BBVB-dən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü il noyabr ayının yekunlarına görə, birjanın valyuta bölməsində USD/AZN_TOD aləti üzrə keçirilən hərraclarda 7 bank iştirak edib.

Birja Elektron Ticarət Sistemində (“BEST”) hesabat ayında 38 ticarət sessiyası keçirilib və 23 əqd qeydə alınıb. Hərracların həcmi 38 589 mln. manat və yaxud dollar ekvivalentində 49 195 mln. təşkil edib.


Oktyabr ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 2 409 mln. manat və 6% azalıb.


BETS-də USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2 589 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 2 139 mln. dollar təşkil edib.


Qeyd edək ki, hesabat ayında birjada Azərbaycan manatının USD/AZN_TOD aləti üzrə ABŞ dollarına qarşı məzənnəsi dəyişilməz qalıb – hər USD görə 0,7829 manat təşkil edib. Milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi noyabr ayında 0,7844 manata bərabər olub.


BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən bu ilin noyabr ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 9,81%, ABŞ dolları üzrə isə 9,92% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 4,34% və ABŞ dolları ilə 4,27% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR