Azərbaycanda “Mənim Gənclər Təşkilatım” layihəsinə start verilib - FOTO

Azərbaycanda “Mənim Gənclər Təşkilatım” layihəsinə start verilib - <span style="color: red;">FOTO
# 31 oktyabr 2014 12:00 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. ”İRƏLİ” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondu ilə birgə “Mənim Gənclər Təşkilatım” layihəsinə start verib.

Təşkilatdan APA-nın qərb bürosuna verilən məlumata görə, 31 oktyabr – 4 noyabr 2014-cü il tarixlərində keçiriləcək “Mənim Gənclər Təşkilatım” gənclər təşkilatının quruculuğu, onun strukturunun formalaşdırılması istiqamətində həyata keçirilən layihədir.

Layihə çərçivəsində gənclər təşkilatının tam şəkildə fəaliyyət göstərməsi və inkişaf etməsi üçün lazım olan katibliklərdən ibarət komandalar formalaşacaq. Layihənin düşərgə formatında keçirilməsi nəzərdə tutulur.

“İRƏLİ” İçtimai Birliyinin sədri Mir Həsən Seyidovun bildirdiyinə görə, gənclər təşkilatları mövcud olmayan 7 rayonun gənclərini əhatə edəcək layihənin əsas məqsədi təşkilatın yaradılması, strukturu, işləmə mexanizmi, onun idarə olunmasında gənclərin iştirakı və maarifləndirilməsidir, habelə gənclərin layihədə iştirakını artırmaqla, onların inkişafına dəstək olmaqdır. Layihə çərçivəsində yeni təlim modulunun yaradılması da planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda “Mənim Gənclər Təşkilatım” layihəsi ilk dəfə keçirilir. Seçim prosesində “Ərizə Forması”, psixoloji testlər, müsahibələr və telefon danışıqlarından istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR