Bakıda mənzillərdə əxlaqsızlıq yuvaları aşkarlanıb

Bakıda mənzillərdə əxlaqsızlıq yuvaları aşkarlanıb
# 30 iyun 2016 11:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda əxlaqsızlıq yuvaları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Məlahət Abdullayevanın paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzildə, həmçinin, Bakı şəhər sakini Rövşən Fətullayevin və Tərtər rayon sakini Rauf Əhmədovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərində əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilib.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR