Səfir E.Poluxov CAR-ın Keyptaun şəhərinə işgüzar səfər edib

Səfir E.Poluxov CAR-ın Keyptaun şəhərinə işgüzar səfər edib
# 18 fevral 2013 17:37 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov 13-18 fevral tarixində bu ölkənin Keyptaun şəhərinə işgüzar səfər edib. Bu barədə APA Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinə istinadən məlumat verir.

Səfər çərçivəsində səfir E.Poluxov 18 fevral tarixində Stellenboş (Stellenbosch) Universitetinin vitse rektoru Professor Yucin Kloete (Eugene Cloete) ilə tanışlıq görüşü keçirib. Görüş zamanı Səfir E.Poluxov həmsöhbətinə Azərbaycanın təhsil sistemi barədə ümumi məlumat verib və iki ölkənin universitetləri arasında əlaqələrinin inkişafı üçün böyük potensialın olduğunu bildirib. Səfir E.Poluxov əlaqələrin inkişaf etdirilməsində universitetlər arasında tələbə və müəllim mübadilələrinin aparılmasının və Universitetlərin Azərbaycan və CAR tədqiqat mərkəzlərinin yaradılmasının xüsusi rolu olduğunu vurğulayıb. Professor Yucin Kloete cavab olaraq bu fikirlərlə razılaşdığını bildirmiş və əlaqələrin inkişaf etdirilməsində lazimi dəstəyi göstərməkdən məmnun olacağını söyləyib.

Qeyd etmək istərdik ki, Stellenboş Universitetində 5000-i xarici tələbə olmaqla, ümumilikdə 28000 tələbə təhsil alır.

Səfir E.Poluxov həmçinin cari tarixdə CAR-ın Keyp Taun Universitetində rektor müavini Professor Tandabantu Nlapo (Thandabantu Nhlapo) və CAR Parlamentinin Orta Təhsil Komissiyasının sədri xanım Nomalungelo Cina (Nomalungelo Gina) ilə oxşar mövzuda görüş keçirib.

Qeyd etmək istərdik ki, Keyptaun Universitetində 25000 tələbə təhsil alır və onlardan 4500 nəfəri xarici tələbələrdir. Ümumiyyətlə Universitetdə dünyanın 100 dən çox ölkəsindən tələbələr təhsil alırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR