İran parlamenti nazirə impiçment elan edib

İran parlamenti nazirə impiçment elan edib
# 03 fevral 2013 19:23 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın əmək, kooperasiya və ictimai rifah naziri Əbdürrza Şeyxülislami fevralın 3-də ölkə parlamenti qarşısında hesabat verib.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, toplantıda İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib. Ə. Şeyxülislami 18 millət vəkilinin imzası ilə 7 məsələyə görə ölkə parlamentində dindirilib. Bunlar ölkənin qanunlarına laqeyd münasibət göstərilməsi, İran prokurorunun keçmiş müavini və Tehranın sabiq prokuroru Səid Murtəzəvinin Sosial Təminat İdarəsinə sədr təyin olunması və vəzifəsindən azad edilməsi məsələsində qanunazidd hərəkətlərə yol verilməsi və sairdir.

Yığıncağın sonunda Ə. Şeyxülislaminin əmək, kooperasiya və ictimai rifah naziri vəzifəsindən azad edilməsi məsələsi səsə qoyulub.

Parlamentarların 192 nəfəri qərarın lehinə, 56 nəfəri isə əleyhinə səs verib, 24 nəfər isə məsələyə bitərəf qalıb.

Bununla da İran parlamenti böyük səs çoxluğu ilə əmək, kooperasiya və ictimai rifah nazirini impiçment edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR