Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilib
# 18 avqust 2015 13:54 (UTC +04:00)

Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək sərhədlərinin mühafizəsi işində qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışıb, şəxsi heyəti peşə bayramı münasibəti ilə təbrik edib.

Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısının, Azərbaycan sərhədçisinə olan inam və etibarın dayandığı xüsusi vurğulanıb.

Tədbirdə ali hərbi rütbələr təqdim olunub, xidmətdə fərqlənmiş hərbi qulluqçular orden və medallarla təltif edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR