Sabirabad sakini həmkəndliləri tərəfindən döyülərək ağr xəsarət alıb

Sabirabad sakini həmkəndliləri tərəfindən döyülərək ağr xəsarət alıb
# 04 oktyabr 2015 13:39 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Həmkəndliləri tərəfindən döyülən Sabirabad sakini ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəngən kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Şamo Dilavər oğlu Qəhrəmanov həmkəndliləri - 1979-cu il təvəllüdlü Əmənov İlqəm Əvəz oğlu və Fərman adlı şəxs tərəfindən döyülüb.

Zərərçəkən mədə-bağırsaq qanaxması diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR