Marneulidə 84 çarpayılıq yeni xəstəxana tikiləcək

Marneulidə 84 çarpayılıq yeni xəstəxana tikiləcək
# 16 may 2015 23:43 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) azərbaycanlıların kompakt yaşadığı Marneulidə 84 çarpayılıq yeni xəstəxana tikintisi üçün vəsait ayırıb. APA-nın gürcü mətbuatına istinadən məlumatına görə, AYİB "Aversi" firmasına 10,9 milyon dollar həcmində kredit ayırıb. Məlumata görə, bu vəsait Tiflisdəki yoluxucu xəstəxanasının yenidən qurulması və Marneulidə 84 çarpayılıq yeni xəstəxananın tikintisinə xərclənəcək.

Yeni tikili uşaq və doğum sahələri üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR