Şamil Mahmudbəyovun yubiley tədbiri keçiriləcək

Şamil Mahmudbəyovun yubiley tədbiri keçiriləcək
# 21 noyabr 2014 14:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Dekabrın 6-da Dövlət Film Fondunda rejissor, əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 90 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Fonddan APA-ya verilən məlumata görə, yubiley tədbirində rejissorun sənət dostları və ailə üzvləri iştirak edəcək.

Tədbirində Ş.Mahmudbəyovun həyat və yaradıcılıq yolundan bəhs edən foto-sərginin nümayişi də nəzərdə tutulub.

Qeyd edək ki, Ş. Mahmudbəyov 1924-cü il dekabrın 5-də anadan olub. O, Azərbaycan kinosunda “Şərikli çörək”, “Qaraca qız”, “Torpaq. Dəniz. Od. Səma”, “Romeo mənim qonşumdur” və s. filmlərin müəllifidir. Ş. Mahmudbəyov 1997-ci ildə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR