Nazir müavini: “Azərbaycanda 1 mln. 357 min hektarda qış, 570 min hektarda isə yay otlaqları var”

Nazir müavini: “Azərbaycanda 1 mln. 357 min hektarda qış, 570 min hektarda isə yay otlaqları var”
# 30 aprel 2013 11:28 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda bir hektar sahədə 5-6 iribuynuzlu heyvan otlayırsa, deməli, o torpaqlarda səhralaşma prosesi gedir. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib.

O bildirib ki, ərzaq təhlükəsizliyi probleminin 3 böyük təməl daşı var: “Bunlar iqtisadi, ekoloji və sosial məsələlərdir. Ekoloji tarazlığın pozulması o deməkdir ki, insanlar öz əməli fəaliyyətlərini düzgün aparılmırlar. Əgər bir hektar sahədə 5-6 iri buynuzlu heyvan otlayırsa, deməli, o torpaqlarda ot kütləsi yeyilib qurtarır və orda səhralaşma prosesi gedir. Bu da sivilizasiyanın məhvi deməkdir”.

Bəhram Əliyev qeyd edib ki, Azərbaycanda 1 mln. 357 min hektarda qış, 570 min hektarda isə yay otlaqları var: “Biz bu sahələri heç nə ilə dəyişməməliyik. Yay və qış otlaqları yem bazasının yaradılması üçün əsas bazadır. Onlar bu gün Nazirlər Kabinetinin sərəncamı ilə icra hakimiyyətlərinin səlahiyyətindədir. Əgər bununla bağlı hansısa neqativ hal yaranarsa, qarşısını alacağıq. Hələ belə halın olması ilə bağlı nazirliyə məlumat daxil olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR