Bakıdakı 20 saylı məktəbin tikintisinə yaxın vaxtlarda başlanacaq

Bakıdakı 20 saylı məktəbin tikintisinə yaxın vaxtlarda başlanacaq
# 29 oktyabr 2015 09:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “20 nömrəli məktəbdə həm layihələndirmə işləri, həm məktəbin fundamentinin qoyulması ilə bağlı işlər başa çatdırılıb”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini bildirib ki, hazırda layihələndirməyə aid bir sıra əlavə işlər görülür: “Layihələndirmə ilə bağlı müvafiq dövlət strukturları tərəfindən bir sıra əlavə tövsiyələr verilib. Həmin işlər də artıq yekunlaşmaq üzrədir. Hesab edirəm ki, yaxın zamanlarda inşaat işləri sürətlə aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR