Azərbaycan millisi FİFA reytinqində geriləyəcək

Azərbaycan millisi FİFA reytinqində geriləyəcək
# 14 oktyabr 2014 07:01 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi FİFA reytinqində geriləyəcək. Apasport.az saytının məlumatına görə, sentyabrda 344 xalla dünyanın 95-ci komandası olan Berti Foqtsun yetirmələrini böyük eniş gözləyir.

Buna səbəb yığmamızın 2016-cı il Avropa çempionatının qrup mərhələsində keçirdiyi son 2 oyunda uduzmasıdı. Oktyabrın 10-da İtaliyaya 1:2, 13-də Xorvatiyaya 0:6 hesabı ilə yenilən millimiz 111 xal itirib.

Belə ki, iki məğlubiyyətdən sonra komandamızın əmsalı 233-ə qədər azalıb. Bu isə təxminən 30 pillə geriləməklə nəticələnəcək. Millimizin təxminən 13-cü “onluq”da – 120-130-cu yerlərdə olacağı gözlənilir.

Qeyd edək ki, FİFA reytinqi oktyabrın 23-də açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR