Çexiya prezidenti: “İqamətgahımın qapılarını ABŞ səfiri üçün bağlayıram”

Çexiya prezidenti: “İqamətgahımın qapılarını ABŞ səfiri üçün bağlayıram”
# 06 aprel 2015 07:31 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, M. Zeman öz iqamətgahının qapılarının bundan sonra səfir Endrü Şapiro üçün bağlı olacağını söyləyib. “Təsəvvür etmirəm ki, Çexiyanın Vaşinqtondakı səfiri Amerika prezidentinə hara getmək lazım olduğu barədə məsləhət versin. Mən heç bir səfirin mənim xarici səfər planlarıma müdaxilə etməsinə imkan vermərəm”, - deyə M. Zeman söyləyib.

Qeyd edək ki, ABŞ-ın Praqadakı səfiri Endrü Şapiro Çexiya prezidentinin Moskvadakı təntənəli tədbirlərdə iştirakının Qərbin Ukrayna ilə bağlı vahid mövqeyini sarsıdacağını bəyan edib. M. Zeman və Yunanıstanın baş naziri Aleksis Tsipras mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılacaq yeganə Qərb liderləri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR