Yeddi Azərbaycan vətəndaşı Türkiyənin köməyi ilə Yəməndən çıxarılıb - VİDEO

Yeddi Azərbaycan vətəndaşı Türkiyənin köməyi ilə Yəməndən çıxarılıb - <span style="color: red;">VİDEO
# 06 aprel 2015 08:31 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib.

Konsul bildirib ki, sonuncu azərbaycanlıların Yəməndən çıxarılmasına Türkiyə dövləti kömək edib: “Dünən 7 nəfər azərbaycanlı Sana aeroportundan Türkiyə tərəfinin vasitəsilə təxliyyə olunub. Onlar təyyarə ilə birbaşa İstanbul şəhərinə uçublar. Hazırda Sana aeroportunda təxliyyə olunmağı gözləyən azərbaycanlı yoxdur”.

Xatırladaq ki, aprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR