İran xarici işlər naziri Suriya müxalifətinin lideri ilə görüşüb

İran xarici işlər naziri Suriya müxalifətinin lideri ilə görüşüb
# 03 fevral 2013 14:06 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Almaniyada səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Salehi 49-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Suriya Milli Koalisiyasının lideri Əhməd Müəz əl-Xətib ilə görüşüb.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, görüş 45 dəqiqə davam edib. Xəbərdə tərəflərin Suriyadakı böhranın aradan qaldırılması üçün bir həll yolu tapılması məsələsində uzlaşmaya vardıqları qeyd olunub.

Qeyd edək ki, Ə. Salehi səfər çərçivəsində BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahimi, Livanın baş naziri Nəcib Mikati, Almaniya və İtaliyanın xarici işlər nazirləri ilə də görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR