Akademik Milli Dram Teatrında Vəfa Fətullayevanın 70 illiyi münasibəti ilə tədbir keçirilib

Akademik Milli Dram Teatrında Vəfa Fətullayevanın 70 illiyi münasibəti ilə tədbir keçirilib
# 01 oktyabr 2015 08:05 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, aktrisanın sənət dostları, yaxınları iştirak edib. Xatirə tədbirində sənətkarın xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Teatr Xadimləri İttifaqının sədri, teatrın bədii rəhbəri və baş rejissoru, xalq artisti Azərpaşa Nemətov çıxış edərək əməkdar artistin həyat və yaradıcılığından söz açıb. A.Nemətov sənətkarın professional səhnə məharətindən, Azərbaycan mədəniyyətinə bəxş etdiyi novatorluq qabiliyyətindən bəhs edərək qeyd edib ki, qısa ömür yaşamasına baxmayaraq V. Fətullayevanın səhnə və teatr üçün yorulmaz xidmətləri olub.

Bildirilib ki, dövlət mükafatı laureatı olan aktrisa 1945-ci il avqustun 25-də Bakıda anadan olub. 1970-ci ildən Dövlət Akademik Milli Dram Teatrında çalışıb.

Daha sonra sənət dostlar Vəfa Fətullayeva haqqında xatirələrini bölüşüblər.

Ağır xəstəliyə düçar olan aktrisa 1987-ci il mayın 21-də 42 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR