Nemtsovun qətlində təqsirli bilinən Zaur Dadayev daxili qoşunlardan bu il istefa verib

Nemtsovun qətlində təqsirli bilinən Zaur Dadayev daxili qoşunlardan bu il istefa verib
# 11 mart 2015 03:34 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Rossiya-1” telekanalına müsahibəsində Rusiya DİN daxili qoşunların Şimali Qafqaz regionu üzrə komandirinin birinci müavini İqor Qrudnov bildirib.

“Onun raportu təmin olunub. O, 2015-ci il üzrə yanvarın 27-dən fevralın 28-dək 30 sutkalıq məzuniyyətdə olub. Məzuniyyətdən qayıtdıqda müəyyən olunmuş qaydada xidmətdən azad edilib və hərbi hissənin siyahısından xaric olunub”, deyə Qrudnov qeyd edib.

Qeyd edək ki, Nemtsovun qətlində təqsirli bilinən Zaur Dadayevin bir qədər əvvəl etiraf ifadəsindən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR