Şəkidə 73 yaşlı qadını avtomobil vurub

Şəkidə 73 yaşlı qadını avtomobil vurub
# 24 mart 2013 06:33 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə 73 yaşlı qadını maşın vurub.

Şəki rayon-şəhər Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri Sabit Rəhman küçəsində baş verib.

Şəki sakini, 1992-ci il təvəllüdlü Məmmədov Elnur Ərşad oğlu idarə etdiyi VAZ 21074 markalı avtomobillə yolu keçən piyada, Şəki şəhər sakini, 1940-cı il təvəllüdlü Abduləzizova Çiçək Həsən qızını vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 73 yaşlı Çiçək Abduləzizova Şəki Mərkəzi Şəhər Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəki RŞPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR