Bakıda küçədən kişi meyiti tapılıb

Bakıda küçədən kişi meyiti tapılıb
# 07 iyul 2014 10:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda küçədən meyit tapılıb. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb.

Araşdırmalar zamanı küçədən meyiti tapılan şəxsin Bakı şəhər sakini Fərid Əliyev olması müəyyən edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR