Bakıda mənzildə huşsuz vəziyyətdə qalmış şəxs xilas olunub

Bakıda mənzildə huşsuz vəziyyətdə qalmış şəxs xilas olunub
# 08 iyul 2014 17:46 (UTC +04:00)

Bakı-APA. FHN-in “112” qaynar telefon xəttinə Bakının Səbail rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR