UNAİDS: Azərbaycanda QİÇS-dən ölüm və xəstəliyin anadan uşağa keçmə halları azalır

UNAİDS: Azərbaycanda QİÇS-dən ölüm və xəstəliyin anadan uşağa keçmə halları azalır
# 30 aprel 2013 11:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “Dəstəyə görə Təşəkkür” mükafatının təqdimat mərasimində çıxışı zamanı UNAİDS-in Azərbaycan ofisinin rəhbəri Cəmilə Cərrahova deyib.


O bildirib ki, Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələri üzrə 2011-ci ilin sonuna olan məlumata görə, 928 101 nəfər HİV-ə yoluxan xəstə qeydə alınıb. 2011-ci ildə qeydə alınan 94930 nəfər yeni HİV-li xəstələrin 89,6%-i Rusiya Federasiyanın (63950 nəfər) və Ukraynanın (21177 nəfər) payına düşür. Regionda 34 milyondan çox HİV-in yoxlanmasına dair test keçirilib”.


C.Cərrahova qeyd edib ki, dünyanın 25 ölkəsində yeni yoluxma halları 50%-dən çox azalıb: “Amma təəssüf ki, bu hal bizim ölkədə artır. Lakin uşaqlar arasında HİV-ə yoluxma və ölüm halları azalıb. Azərbaycanda HİV-ə yoluxma halı əsasən inyeksiya və cinsi əlaqə yolu ilə yayılır. Gürcüstanda isə əsasən heteroseksual (kişi kişi ilə) əlaqə vasitəsilə yayılır. Azərbaycanda QİÇS-dən ölüm, o cümlədən xəstəliyin anadan uşağa keçmə halları da ilbəil azalır. Qadınlar arasında HİV-ə yoluxma nisbətən artıb”.


C.Cərrahova deyib ki, HİV-li xəstələrin çoxu, xüsusən də kişi ilə cinsi əlaqədə olan kişilər müayinəyə cəhd etmirlər: “Bu isə çox qorxulu haldır. Cənubi Qafqazda HİV-li xəstələrin sayında ən çox artım Azərbaycandadır, daha sonrakı yerləri isə Gürcüstan və Ermənistan tutur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR