Malidə helikopter qəzası 5 nəfərin ölümü ilə nəticələnib

Malidə helikopter qəzası 5 nəfərin ölümü ilə nəticələnib
# 13 aprel 2013 04:52 (UTC +04:00)

Bakı-APA. Malidə helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub. Bu barədə APA Associated Press-ə istinadən məlumat verir. İnsident Sevare şəhərindən 56 km cənub-şərqdə baş verib. Helikopterdə həlak olanlar hərbçilər olub. Onlardan birinin polkovnik olduğu güman edilir.

Qəzanın səbəbləri aydınlaşdırılır. İlkin versiyaya görə, qəza nasazlıq ucbatından baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR