İranda jurnalist azadlıqdan məhrum edilib

İranda jurnalist azadlıqdan məhrum edilib
# 26 aprel 2013 12:58 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda jurnalist azadlıqdan məhrum edilib. APA-nın İLNA-ya istinadən məlumatına görə, Kirman vilayətinin Ümumi Məhkəməsi Şiraz şəhər sakini Məhəmmədrza Nəsəb Abdullahiyə 6 ay həbs cəzası kəsib. Buna səbəb onun Kirman vilayətinə bağlı Ənar şəhərindəki mövcud problemlərdən yazmasıdır.

Ənar şəhərinin icra başçısı da jurnalisti yalan məlumatlar yaymaqda günahlandıraraq Şiraz şəhər Ümumi Məhkəməsinə şikayət edib. Məhkəmə işə baxıb və jurnalist ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Bu səbəbdən məhkəmə M.Abdullahinin zəmanətlə azadlığa buraxılması haqda qərar çıxarıb. Lakin iş sonradan Kirman vilayətinin Ümumi Məhkəməsinə göndərilib və jurnalistin iştirakı olmadan barəsində qiyabi hökm çıxarılıb.

Ancaq M.Abdullahi İLNA-ya açıqlamasında qərarla razılaşmadığını bildirib: “Maraqlıdır ki, məhkəmə mənim telefonum və ünvanım məlum olduğu halda belə bir addım adım atıb. Halbuki qiyabi hökm qanun qaçaqları barəsində çıxarılır. Özü də işə mətbuatla bağlı olduğuna görə ümumi məhkəmə baxmamalıdır. Mən Şiraz sakini olduğum üçün işin geri göndərilməsini tələb edəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR