Prezident Administrasiyasının şöbə müdiri: “Əgər ədalət budursa, o zaman beynəlxalq hüquq prinsipləri nədən yaranırdı?”

Prezident Administrasiyasının şöbə müdiri: “Əgər ədalət budursa, o zaman beynəlxalq hüquq prinsipləri nədən yaranırdı?”
# 28 mart 2013 19:12 (UTC +04:00)

Bakı-APA. “Bizim səsimiz daha ucadan, daha gur çıxmalıdır, necə ki, Mirvarinin, Vüsalın səsi Fransa Senatında çıxmışdı. Azərbaycan gəncləri hər yerdə erməni lobbisinə Qarabağın əzəli, tarixi Azərbaycan torpağı olduğunu, belə də qalacağını xatırlatmalıdırlar”. APA-nın xəbərinə görə, bunu bu gün ASAİF-in Romada keçirilən növbəti forumunda Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

E.Aslanov böyük dövlətlərin Dağlıq Qarabağ məsələsində passiv mövqe tutduqlarını bildirib: “Suriya köçkünləri məsələsinə dərhal müxtəlif qurumlar reaksiya versə də, Azərbaycan köçkünlərinə münasibət fərqlidir. Ədalət budurmu? Əgər ədalət budursa, o zaman beynəlxalq hüquq prinsipləri nədən yaranırdı? Beynəlxalq hüququn ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və digər prinsipləri nədən meydana çıxırdı? Əgər bu prinsiplər varsa, bu prinsiplərə riayət edilməlidir və Ermənistana təzyiq göstərilməlidir”.

Şöbə müdiri bildirib ki, Azərbaycan gənci dünyanın hər yerində ölkəsi haqqında danışa bilir: “1998-ci ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 570 dollar idi, 2012-ci ildə bu rəqəm 7490 dollardır. Qeyri-neft sektorunda ÜDM 2003-cü ildə 5 milyard manat idisə, 2012-ci il 26.2 milyard manat olub. 2003-cü il strateji valyuta ehtiyatları 1.6 milyard dollar idi, 2012-ci il artıq 50 milyard manata yaxınlaşıb. Azərbaycan strateji valyuta ehtiyatlarının inkişafına görə 2012-ci ildə dünyanın 15 ölkəsin sırasına daxil olub”.

E. Aslanov deyib ki, güclü vətəndaşı olan dövlət güclüdür: “Gənclərin intellektual inkişafı, təşəbbüskarlığın artırılması, gələcəkdə dövlət siyasətində fəal iştirakları Azərbaycanın inkişafını gələcəkdə də təmin edəcək. Azərbaycanın gələcək top-menecerləri, dünyanın ən aparıcı universitetlərində, beyin mərkəzlərində öz təhsillərini təkminləşdirəcəklər”.

Qeyd edək ki, ASAIF-in bu gün başlayan Roma forumunda 45 ölkədən 500-dən artıq azərbaycanlı gənc iştirak edir. Forum martın 29-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR