Yunan polisi miqrantlarla toqquşmada dəyənəkdən istifadə edib

Yunan polisi miqrantlarla toqquşmada dəyənəkdən istifadə edib
# 11 avqust 2015 21:59 (UTC +04:00)

Bakı-APA. Yunan polisi miqrasiya sənədləri almaq üçün Kos adasına toplaşan miqranlarla baş vermiş toqquşmalar zamanı dəyənəkdən istifadə etməyə məcbur olub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, qarşıdurmaya səbəb polis əməkdaşı və pakistanlı miqrant arasında baş vermiş insident olub. Belə ki, yunan polis əməkdaşı bıçaqla pakistanlını hədələyərək xəsarət yetirib. Hadisədən sonra polis əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, son bir neçə gün ərzində Yunanıstanın bir neçə adası miqrant axınına məruz qalıb.

Yunanıstanın baş naziri Aleksis Tsipras bildirib ki, ölkə infrastrukturu miqrant axınına tab gətirə bilmədiyini qeyd edib və bu məsələ ilə əlaqədar Aİ-dən yardım istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR