Qaxda yanğın olub

Qaxda yanğın olub
# 04 avqust 2014 21:24 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda yanğın hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın rayonun Meşəbaş kəndində qeydə alınıb. Kənd sakini Liza Babucaşviliyə məxsus ümumi sahəsi 42 kvadratmetr olan, 4 tərəfi taxta yanar konstruksiyalardan ibarət mal tövləsi yanmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin səylərinə baxmayaraq, tövlə və tövlənin çardağında olan quru ot kütləsi yanıb.Yanğın nəticəsində tövlənin yaxınlığından keçən elektrik və telefon xəttlərinin yanmasının qarşısı alınıb.Yaxınlıqda olan 40 kvadratmetrlik qonşuya məxsus yaşayış evi də yanğından mühafizə olunub. Ətrafda olanların söylədiyinə görə, yanğının baş verməsinə səbəb ev sahibəsinin uşaqları olub. Onlar ehtiyatsızlıqdan oyun oynayarkən tövləyə od vurublar.

Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR