Masallı rayon sakini həmkəndlisini bıçaqlayıb

Masallı rayon sakini həmkəndlisini bıçaqlayıb
# 31 yanvar 2013 12:48 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Azərbaycanın Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Masallı Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 18.00 radələrində rayonun Yeddioymaq kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Firdovsi Əlikram oğlu Ələkbərov şəxsi münaqişə zəminində həmkəndlisi, 1970-ci il təvəllüdlü Ələstun Aşur oğlu Novruzova bıçaqla ağır bədən xəsarəti yetirib. Ə.Novruzov xəstəxanaya yerləşdirilib. Hadisəni törətmiş F.Ələkbərov isə polis tərəfindən tutularaq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR