ADİU-da Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru ilə görüş keçirilib - FOTO

ADİU-da Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 03 iyul 2015 10:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru Yaroslav Kuzminovla görüş keçirilib.

APA-nın xəbərinə görə, ADİU-nun rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi universitetlə Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti arasında bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramlarının həyata keçirildiyini bildirib: “Qarşılıqlı tələbə və magistrantların, professor-müəllim mübadiləsi də həyata keçirilir. Eyni zamanda, birgə yay və qış məktəbləri təşkil olunacaq, müvafiq mövzular üzrə birgə elmi tədqiqatlar aparılacaq”.

Ə. Muradov qeyd edib ki, bu ilin 14-15 fevral tarixlərində ADİU-da “Ali İqtisadiyyat Məktəbi”nin Azərbaycan üzrə Olimpiadası keçirilib: “50-yə yaxın azərbaycanlı tələbənin iştirak etdiyi Olimpiadada universitetimizin iki tələbəsi qalib gəlib. Hər iki tələbə “Ali İqtisadiyyat Məktəbi”ndə ödənişsiz magistratura pilləsində təhsil almaq imkanı qazanıb”.

“Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru Y. Kuzminov isə rəhbəri olduğu universitetin 15 ilə yaxındır Rusiya universitetləri arasında böyük nüfuza malik olduğunu söyləyib: “Universitet 1992-ci ildə yaradılıb. Universitetimizdə 25 min tələbə təhsil alır. Bizim universitet dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarına malikdir. Universitetdə sosial-iqtisadi ixtisaslarla yanaşı humanitar, mühəndis, kompüter elmləri də tədris olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR