Əli Həsənov: “Cənub bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinə qarşı mübarizə güclənməlidir”

Əli Həsənov: “Cənub bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinə qarşı mübarizə güclənməlidir”
# 05 aprel 2013 13:09 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. “Azərbaycanın regionlarında, xüsusilə cənub bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinə qarşı mübarizə güclənməlidir”. APA-nın xəbərinə görə, bu fikirləri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu gün keçirilən iclasında komissiya sədri, baş nazirin müavini Əli Həsənov bildirib.

“Neçə ildir cənub bölgəsində belə halların sayının artdığını deyirik. Gəlin cənub bölgəsinə diqqəti artıraq. Bu həm hüquq mühafizə orqanlarına, həm də ictimaiyyətə də aiddir. Əgər əvvəllər cənub bölgəsinə Bu bölgədə əlaqədar qurumların gördüyü tədbirlərin sayı artırılmalıdır”.

Komissiya sədri vurğulayıb ki, bu məsələdə cənub bölgəsinin insanlarının günahı yoxdur: “Sadəcə olaraq həmin bölgə İranla sərhəddir. Daşınmanın da 95 faizi İran sərhədindən həyata keçirilir. Bölgə istər-istəməz bu problemə düçar qalır. Buna görə də bu bölgədə narkotik götürənlərin sayı, cinayətlərin sayı, hətta insanların məhv olması sayı artır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR