Polşanın infrastruktur və inkişaf naziri Bakıya gəlir

Polşanın infrastruktur və inkişaf naziri Bakıya gəlir
# 13 oktyabr 2014 12:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Oktyabrın 14-17-də Polşanın infrastruktur və inkişaf naziri Marçin Kubyakın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək.

Polşanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfərin məqsədi “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda keçiriləcək Beynəlxalq Konfransda iştirak etməkdir.

Nümayəndə heyətinə “Pesa” və “Tines” şirkətləri daxildir.

Səfər çərçivəsində polşalı nazir Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla görüşəcəyi bildirilir. Bununla yanaşı, polşalı nümayəndə heyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Bakı Metropoliteni” və “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR