FTB Cohar Tsarnayevin noutbukunu aşkarlayıb

FTB Cohar Tsarnayevin noutbukunu aşkarlayıb
# 02 may 2013 23:20 (UTC +04:00)

Bakı-APA. FTB Bostonda marafon zamanı terror aktı törətməkdə şübhəli bilinən Cohar Tsarnayevin noutbukunu aşkarlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı polis nümayəndələrinin bəyanatına istinadən xəbər verir.

Polisin noutbuku hansı yolla əldə etməsi və onun nə vəziyyətdə olması barədə məlumat verilmir.

Bundan əvvəl polis əməkdaşlarının Tsarnayevin noutbukunu onun tələbə olduğu universitetin yaxınlığındakı zibilxanada axtardığı barədə xəbər verilirdi. Məlumata görə, həmin axtarışlar nəticə verməyib. KİV-lərin məlumatına görə, Tsarnayevin noutbukunu onun otağından tələbə yoldaşları çıxarıb.

Mayın 1-də Qazaxıstandan olan iki tələbə - Dias Kadırbayev və Azamat Tajayakov və ABŞ vətəndaşı Robel Fillipos saxlanılıb. Onlara qarşı istintaqa yanlış məlumat vermə ittihamı irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR