® "Səba" halal kəsimlə bağlı geniş məlumatlandırma mexanizmi hazırlayır

<font color=red>® </font> "Səba" halal kəsimlə bağlı geniş məlumatlandırma mexanizmi hazırlayır
# 15 dekabr 2014 11:00 (UTC +04:00)

Şirkətdən verilən məlumata görə, halal kəsim şərtləri ilə bağlı əhalini məlumatlandırmaq üçün "Səba" xüsusilə "GİMDES" təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı ciddi hazırlıqlar aparır. Yaxın günlərdə bu məlumatlandırma Səba istehlakçılarına çatdırılacaq.

"Səba"nın daha bir yeniliyi isə "Səba Səxavət günü"nün müvəqqəti olaraq təxirə salınmağıdır. “Ötən ilin aprelindən başlayaraq, hər ayın 15-də keçirilən "Səxavət Günü" qısa bir vaxtda istehlakçıların səbirsizliklə gözlədiyi bir aksiyaya çevrildi. Hətta biz məlumatlandırmadan belə, hər kəs bu aksiya, aksiyaya çıxarılacaq məhsullar və keçiriləcəyi marketlərlə maraqlanırdı. Lakin təəssüflə qeyd edək ki, marketlər əhalinin belə yüksək axını ilə müşahidə olunan Səxavət Günü aksiyasını keçirmək bacarıqlarının zəif olduğunu nümayiş etdirdilər və onlara yarı qiymətinə təqdim edilən yüzminlərlə payı son nöqtəsinə - istehlakçıya çatdırmaqda səbatsızlıq göstərdilər", - deyə şirkətdən bildiriblər.

Şirkətin məlumatında daha sonra qeyd edilir: “Aksiyada iştirak edən və ya etmək istəyən, lakin bundan məhrum olan yüzlərlə istehlakçının müraciətləri bizi "Səba Səxavət günü"nün bilavasitə özümüzün təşkil etməyimizin vacibliyini göstərdi. Buna görə də hazırda Səba bu istiqamətdə fəaliyyətdədir. Ümid edirik ki, tez bir zamanda hər kəsi məmnun edəcək, sosialyönümlü "Səxavət Günü" ilə yenidən istehlakçılarımızı sevindirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR