ABŞ-da yüngülmotorlu təyyarə helikopterlə toqquşub, ölənlər var

ABŞ-da yüngülmotorlu təyyarə helikopterlə toqquşub, ölənlər var
# 23 oktyabr 2014 23:53 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Merilend ştatında yüngülmotorlu təyyarənin havada helikopterlə toqquşması nəticəsində 3 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Frederik şəhərinin hava limanında qeydə alınıb.

Yerli “WUSA9” telekanalının məlumatına əsasən, daha iki nəfər yaralanaraq xəstəxanaya aparılıb. Faktla bağlı yerli polis araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR