Bakıda Abşeron sakininə qarşı quldurluq edilib

Bakıda Abşeron sakininə qarşı quldurluq edilib
# 31 oktyabr 2014 09:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Şərur rayon sakini Bakıda quldurluq edib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 30-da saat 16:10 radələrində Qaradağ rayonunda yerləşən ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokerlə vuraraq içərisində 5 min manat olan selofan paketi əlindən alıb və qaçıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR