Masallıda 6 hektar biçilmiş taxıl sahəsi yanıb

Masallıda 6 hektar biçilmiş taxıl sahəsi yanıb
# 26 iyul 2014 01:49 (UTC +04:00)

Bakı-APA. Masallı rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Hişkədərə kəndində (rayon mərkəzindən 21 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanıb.

Ərazidə olan digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR